“Ölkəmizin bu regionda gücü hər zaman nəzərə alınmalıdır” - Bəhruz Quliyev

“Ölkəmizin bu regionda gücü hər zaman nəzərə alınmalıdır” - Bəhruz Quliyev
Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev publika qarşısında çıxışında bildirdi ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət Köçəryan-Sarkisyan hakimiyyətinin sonunu gətirdi. Prezidentin dediklərindən aydın olur ki, iyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir:
 
"Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır”.

Yəni, rəsmi Bakının dəfələrlə beynəlxalq tribunalarda İrəvandakı idarəçilərin terrorçu hərbi xunta rejimi olduğunu nəhayət erməni xalqı da anladı və onları hakimiyyətdən devirdi. Beləliklə, Ermənistanda hakimiyyətə gələn qüvvələrin qarşısında Dağlıq Qarabağ məsələsinin həlli və işğalçı ölkəni düşdüyü bəladan qurtarmaq istiqamətində yeni şanslar yarandı.

Bəs sələflərindən iqtisadi böhrana uğramış, xaos durumunda çabalayan, forpost bir ölkə təhvil almış Nikol Paşinyan hökuməti bu şansdan yararlana biləcəkmi? Bir yanda xalqın narazılığı, digər tərəfdə küçə hərəkatı zamanı verilən vədlərin icrası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa bağlıdırsa, o zaman Paşinyan nəyi gözləyir. Bu sualı başqa cür qoymaq istəyirəm; ölkə başçısı İlham Əliyevin dediklərinə qüvvət, Paşinyan iqtidarı əlinə düşən fürsətdən istifadə etməsə, rəsmi Bakı davamlı çağırışlarla "küçə uşağı”nı hakimiyyət kürsüsündən vurub sala bilərmi?

"Səs” Media Qrupunun təsiscisi və rəhbəri, siyasi ekspert Bəhruz Quliyev hafta.az-a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyevin bütün çıxışları həqiqətlərə söykənir. Ona görə ki, Azərbaycan regionda aktor dövlətdir. Ölkəmizin bu regionda gücü hər zaman nəzərə alınmalıdır: "Əsasən də qonşu dövlətlər öz siyasətlərində bunu nəzərə almalıdırlar. Azərbaycan faktiki olaraq regionda baş verən bütün proseslərə təsir etmək imkanındadır. Beynəlxalq layihələrin həyata keçirilməsində həm təşəbbüskardır, həm də təşkilatçıdır. Azərbaycanın birbaşa iştirakı ilə gerçəkləşən bütün beynəlxalq layihələrdən Ermənistanın kənarda qalması, təcrid vəziyyətinə düşməsi Ermənistanda hakimiyyətdə olanların bacarıqsızlığının, səriştəsizliyinin və işğalçılıq siyasətinin nəticəsidir. Sözsüz ki, bunu erməni xalqı da görür. Hazırda Ermənistanda iqtisadi böhran hökm sürür. İqtisadi böhranın ağrılarını indi Ermənistanda sadə vətəndaşdan ali təbəqədəki məmura qədər hər kəs dadır”.

Bəhruz Quliyev hesab edir ki, Azərbaycanın güclənməsi, rəsmi Bakının düzgün siyasi xətt yürütməsi, ölkəmizin regional siyasətdə özünün yeri, rolu artdıqca Ermənistan təcrid vəziyyətinə düşdü: "Köçəryan-Sarkisyan rejiminin sonunu məhz bu amillər gətirdi. Yaxınlaşdırdı. Sözsüz ki, bu proses davam edərsə, Paşinyanı da həmin aqibət gözləyir. Bilirsiniz, Paşinyan küçə müxalifətindən hakimiyyətə gəldiyi üçün bəzən diplomatik etiket qaydalarını da pozur. Nəinki düzgün dövlət siyasəti aparmağı bacarmır, hətta danışıqlarda, görüşlərdə öz davranışına belə fikir verə bilmir. Hesab edirəm ki, Paşinyan bu cür davam edərsə, Dağlıq Qarabağ məsələsində aqressiv mövqeyindən dönməzsə, öz işğalçılıq siyasətindən əl çəkməzsə, erməni xislətini – söhbət indiyə kimi Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətindən gedir – davam etdirərsə, onu hakimiyyətinin də sonunu gətirə bilər. Keçən dəfə də bildirdim ki, əgər Ermənistan bu cür davam edərsə, İrəvan növbəti inqilabi çevrilişə, hakimiyyət dəyişikliyinə hamilə qalacaq”.

Ekspertin sözlərinə görə, Paşinyanın qeyri-sağlam siyasət aparması yenidən xalqı qıcıqlandıra bilər: 
 
"Baxmayaraq ki, onu küçə hərəkatı hakimiyyətə gətirib, amma erməni xalqı yenidən ayağa qalxa bilər. Ermənistanda yenidən çaxnaşma düşməsi mümkündür. Hesab edirəm ki, Ermənistandakı hazırkı hakimiyyət öz siyasətində ciddi dəyişiklik etməlidir. Yəni faktiki olaraq, Paşinyanın yürütdüyü siyasət nə sülhə, nə də qonşuluq münasibətlərinə söykənir. Bunların hamısı onun əleyhinə işləyən siyasətdir. Ona görə də bu cür siyasət Nikol Paşinyanı uçuruma apara bilər”.

 

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...