Krİmİnal

Ölkəmizə gətirilən şirniyyatın içindən görün nə çıxdı? - Foto

Ölkəmizə gətirilən şirniyyatın içindən görün nə çıxdı? - Foto

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub. 

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib. 

Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində bir bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə - heroin və bir bükümdə, üzərində "F/M40” nişanəsi olan 100 ədəd metadon həbləri aşkarlanıb. 

Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi üç bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qram olan heroin aşkar edilib. 

Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib. 

Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031