Dünya

“Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram”

“Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram”
 

ABŞ Prezidenti  Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə iyul danışığının korrupsiya məsələsinə həsr olunduğunu açıqlayıb.

Sfera.az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, o, bu barədə Finlandiya prezidenti ilə ortaq mətbuat konfransında bildirib.

"Mən korrupsiyanın hökm sürdüyü ölkəyə pul verə bilməzdim. Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram", - Tramp vurğulayıb. 

Xatırladaq ki, Trampla Zelenskinin telefon danışığı ətrafında yaranmış qalmaqal ABŞ Prezidentinin digər ölkənin liderinə müraciət edərək ondan öz siyasi rəqibi Co Bayden və onun oğlu Hanterlə bağlı dəlil tapmağı istəməsi olub. Demokratlar partiyasının konqresmenləri Ağ Evin başçısı barədə impiçment niyyəti ilə istintaq başladıb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031