Ölkədən qaçdığı iddia edilən aparıcı DANIŞDI

Ölkədən qaçdığı iddia edilən aparıcı DANIŞDI

Tanınmış teleaparıcı, İTV-nin İnformasiya Departamentinin keçmiş müdiri İlham Sərxanlı Azərbaycanı birdəfəlik tərk etməsi ilə bağlı yayılan məlumatlara cavab verib.

 

İ.Sərxanlı Publika.az-a açıqlamasında deyib ki, hazırda Almaniyada səhhətində yaranməş problemlə bağlı müalicə alır: “Yayda Almaniyada oldum və ilk müayinədən keçdim. Onurğamda ciddi problemlər var, nəticələr açıqlanandan sonra yenidən buraya gəldim. Eyni zamanda ingilis dilimi təkmilləşdirmək üçün burada təhsil almağı planlaşdırıram. 21-ci əsrdə insanların bir-biri ilə əlaqə saxlayıb məlumat almaq imkanı çox sadədir. Heç bir əlaqə saxlamadan və münasibət öyrənmədən məlumat yaymaq savadsızlığın göstəricisidir. Allaha şükür, mən müğənni deyiləm ki, yalan xəbərlə özümü xatırladım. Məmur da deyiləm ki, mənimlə əlaqə yaratmaq qeyri-mümkün olsun. Amma, bir tərəfdən də belə xəbərin yayılmasını istehza ilə qarşıladım. Uzun müddət efirdə olmamağıma rəğmən, demək ki, yaddan çıxmamışam. Çünki hər zaman deyilirdi ki, insan 5 ay efirə çıxmayanda unudulur. Demək ki, mənimlə bağlı bu məsələ heç də belə deyilmiş. Mən Avropaya tez-tez gedib-gəlirəm. Harasa getməyimin təəccüblə qarşılanmasını başa düşə bilmirəm”.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...