\"Ölkədə son taxıl biçini həyata keçirildi, dronlar havaya qalxdı...\" - Quba və Qusardan REPORTAJ

\
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan "Aqroservis” Açıq Səhmdar Cəmiyyəti jurnalistlər üçün Quba-Qusar rayonlarına mediatur təşkil edib. 

Media nümayəndələri yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olublar.

Sfera.az sözügedən mediaturdan reportajı təqdim edir: 

Quba və Qusar rayonlarına təşkil edilmiş səfərdə "Aqroservis” və "Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edildi.
 
"Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bizə bildirdi ki, bu il Səhmdar Cəmiyyətə məxsus 700 kombayn biçinə çıxarılıb: 

"Növbəlilik prinsipi ilə aparılan biçin prosesi əkin sahələrinin 40%-ni əhatə edib. Biçində tətbiq edilən yeni innovativ metodlar sayəsində məhsul biçini ən qısa zamanda həyata keçirilir. GPS izləmə sistemi ilə mərkəzləşdirilmiş dislokasiyaya əsasən biçinə nəzarət gücləndirilib, operativ və şəffaf biçin sistemi təmin edilib. Dağlıq və çətin relyefli sahələrin biçini üçün MDB məkanında ilk dəfə New Holland TC 5.90 Hillside dağ kombaynları sahələrə çıxarılıb. Bu kombaynlar tam innovativ işləmə mexanizmi ilə biçində operativlik yaradır". 

Elə taxıl sahəsində sözügedən kombaynların işləmə prosesi ilə tanış olduq. Doğurdan da texnologiyalar müasir stadartlara cavab verən, sürətli çalışma mexanizminə malik idi. Qeyd edək ki, olduğumuz sahədə ölkədə ən son taxıl biçini aparıldı. Yəni Qusar ərazisində məhsul bayramı idi. 
 


 
 
"Aqroservis” ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyanın tətbiqidir. ASC fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edir. Aqrodronlar ilk olaraq sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə operativ şəkildə dərmanlanır. 
 


Daha sonra Quba rayonunda yerləşən "Ağıllı bağ"da qonaq olduq. Bağda bir-birindən fərqli, xeyli sayda meyvə ağacları, yeni əkilmiş tinglər var idi. Bağın müdiri Asif Kərimov bildirdi ki, burada ağaclarda olan xəstəlikləri əvvəlcədən bilmək üçün texnologiya var və bu ağacların məhv olmasının qarşısını alır:

"Hər bir fermeri narahat edən əsas məsələlərdən biri də bitkidə olan problemi əvvəlcədən təyin edə bilməməkdir. Biz yeni texnologiya vasitəsilə bu problemin qarşısını ala bilirik. Yeni tingləri almaq üçün daha çox Xaçmaz, Qusar rayonlarından fermerlər bizə müraciət edir". 
 

 
 

 
Tur əsnasında Aqrolizinq ASC-nin laboratoriyaları və istixana kompleksi həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə tanış olduq. İnstitutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. 

İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
 
 


Əzizə Zeynal
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...