“Ölkədə qripə görə karantin elan edilməlidir”

“Ölkədə qripə görə karantin elan edilməlidir”
 
Son günlərin ən çox müzakirə olunan mövzulardan biri də ölkədə qrip virusunun kütləvi yayılmasıdır. Tibb elmləri namizədi, professor Adil Qeybulla bu virusun H3N2 olduğunu, hətta ondan ölənlərin ola biləcəyini dəfələrlə iddia etdə də, rəsmi qurumlar bu faktı etiraf etmək istəmirdi. Nəhayət bu günlərdə Səhiyyə Nazirliyi H3N2 qrip virusunun Azərbaycanda aşkar edilməsi ilə bağlı məlumat verib. Bu virusdan Azərbaycanda da ölüm hallarının olması barədə məlumatlar isə təkzib edilir. 
Tibb elmləri namizədi, professor Adil Qeybulla dünyada olduğu kimi Azərbaycanda da bu virusun yayılma dərəcəsinin yüksək olduğunu deyir. Adil Qeybulal Cebhe.info-nun mövzu ilə bağlı suallarını cavablandırıb.
- Sizcə, Səhiyyə Nazirliyi H3N2 virusunun olduğunu rəsmən etiraf etsə də, əhaliyə lazımi təlimatları niyə vermir? 
- Bu virusla bağlı mətbuatda ziddiyyətli fikirlər gedir. Mən istərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Səhiyyə Nazirliyi artıq etiraf edib ki, ölkədə H3N2 virusu tapılıb. Bu virus Taun Əleyhinə Stansiyada identifikasiya olunub. Ona qədər biz xeyli həyəcan təbili çaldıq. Jurnalistlər də bu məsələnin üzərinə getdi. Xəstələri biz hər gün görürük və onlara bu virisun olduğunu deyirik. Bəzən qripi ağır keçirən insanlar deyirlər ki, sanki ölümdən döndük. Bütün bunlar deyilir. Təəssüflər olsun ki, Səhiyyə Nazirliyinin baş mütəxəssisi bu məsələ barədə açıqlama verməyi yalnız onların səlahiyyətində olduğunu bildirir. Amma indi etiraf edirlər ki, bu virus var.
Söhbət burada kimin mütəxəssis olduğundan getmir, həqiqəti olduğu kimi demək imkanından gedir. Biri var ki, bəzi adamlar, baş mütəxəsis Səhiyyə Nazirliyinin ağzına baxır ki, nə vaxt icazə verəcək ki, nəsə desin. Bir də var ki, olan şeyin konsultasiya olunur. Söhbət burada ölkənin, insanların taleyindən və maarifləndirilməsindən gedir. Vacib məsələ bu xəstəlikdən necə qorunmaq, epidemiyanın qarşısını almaqdır. Məsələn Səhiyyə Nazirliyi çıxıb televiziya kanallarından məlumat versə ki, insanlar necə bundan qorunsunlar, maskalarda gəzsinlər, xəstə olan dərhal yataq rejiminə keçirilsin, antibiotikdən nə vaxt istifadə oluna bilər və s. xeyli insan buna riayət edər. Hamı xəstələnmir ki... Burada özünü qoruyanlar da var. 
- Bu virus öldürücü təsirə malikdirmi?
 - Xüsusilə də bu qripdən hamilə qadınları, uşaqları, yaşlı adamları qorumaq lazımdır ki, onların həyatına daha ciddi təhlükə yarada bilər. Konkret olaraq yayılmış bu virus A virusunun bir ştamı, prototipidir. Bu virus özünü xeyli aqressiv aparır. Artıq xeyli ölüm halları haqda da eşidirik. Bunu rəsmən konsultasiya edə bilmirik. Çünki Səhiyyə Nazirliyi də bunu rəsmən demir və biz də demirik. Amma bilirik ki, bu cür qrip çox ciddi ağırlaşmalara gətirib çıxara bilər. Yanaşı xəstəliyi olanlara bu virus daha ciddi təsir edir. Ölüm hallarının olması tam mümkündür. Bu çox ağır bir virus infeksiyasıdır. Virus infeksiyasına antibiotik təsir eləmir. Antibiotik yalnız bakterik ağırlaşmalar olanda həkim nəzarəti ilə istifadə edilə bilər. Bəziləri bu qripi sadəcə ayaq üstə keçirirlər, amma son nəticəyə gəlib çıxır və ağırlaşır. Hesab edirəm ki, daha çox primitiv, qoruyucu tədbirlərə riayət etmək lazımdır. 
- Konkret olaraq hansı profilaktik tədbirlər görülməli və hansı dərmanlardan istifadə etmək lazımdır? 
- Kollektivdə olanda, ictimi nəqliyyatda gedib- gələndə epidemiya ölənə qədər qoruyucu maskalardan istifadə etmək lazımdır. Xəstə adamları uzaqlaşdırmağa, onları yataq rejiminə keçirməyə çalışmaq lazımdır. Xəstə bir adam gəlibsə, orada havanı dəyişmək vacibdir. Bundan başqa isti geyinmək lazımdır. Bəzən hava insanları aldadır. Gün çıxır, nazik geyinirlər. Sonradan hava dəyişir. Soyuqlamış orqanizmə düşən bu virus orada fəallaşmağa başlayır.
Virus hava-damcı yolu ilə çox adama keçir. Amma hamısında xəstəlik törətmir. Orqanizmi, immuniteti zəif olan insanlara bu virus daha tez düşür. Soyuqdəymə də buna bir açar ola bilər. Bu cür virusları əvvəllər soyuqdəymə xəstəliyi adı altında qeyd edərdilər. İnsan səhər yuxudan duranda ən azı gimnastika ilə məşğul olmalıdır. Gimnastika ağciyərləri möhkəmləndirir, tənəffüs yollarını açır. Ağciyərdə ölü sahələri azaldır. Əgər xəstəlik baş veribsə, dərhal yataq rejiminə keçmək, tez-tez maye qəbul etmək lazımdır. Qızdırmanı əsasən parasetamol dərmanı ilə salmalı, ondan sonra isə həkim çağırmalıyıq. Həkim xəstəyə baxaraq lazımi təyinatları verə bilər. Ən əsası çoxli maye qəbul etmək, yataq rejimində olmaq və indaksikasiyanı azaltmaq lazımdır. Bu, çox vacib şərtdir.Ayaq üstə bu xəstəliyi keçirmək çox ciddi riskdir. Xüsusilə isə yanaşı xəstəliyi onlarla bu vacibdir.
- Necə düşünürsünüz, qrip virusu ilə bağlı ölkədə karantin elan etməyə ehtiyac varmı? 
- Düşünürəm ki, karantin tədbirləri istənilən epidemiyada vacibdir. Qrip xüsusilə bura aiddir. Bu gün 4 karantin infeksiyası var: Vəba, taun, sarı qızdırma və qrip. Qabaq qripin yerində təbii çiçək vardı. İndi təbii çiçək ləğv olunub və yerində qrip elan olunub. Qrip karantin infeksiyası olduğundan,  təbii ki, buna ehtiyac var. Amma "insanların narahatlığına ehtiyac yoxdur” demək hesab edirəm ki, situasiyanın ciddiliyini nəzərə almamaqdır.
- Virus hansı ölkələrdən Azərbaycana yayılıb? 
-İddia edirlər ki, virus Rusiyada baş qaldırıb. Oradan Azərbaycana yayılıb. Mənbəni bəzən birmənalı təyin etmək mümkün olmur. Virus sərhəd tanımır. Təbii ki, virus ilk olaraq yayıldığı arealda genişlənir. Yəni bir metikdə, bir qitədə yayılırsa, o arealda genişlənir. Sonra digərlərinə keçə bilir. Amma hər halda bu virusun Azərbaycanda olmağı göstərir ki, virus Avrasiya materikində hardasa başlanğıc götürüb və Azərbaycana da gəlib çıxıb. Bir çox vətəndaşımız Rusiyadadır. Onlar daim miqrasiya edirlər, Azərbaycana gəlib- gedirlər. Bu virusun Azərbaycana gətirilməsi daim mümkündür. Necə ki, vərəmin tolerant forması Rusiya həbsxanalarında yayılıb və Azərbaycanda da onun sayının çoxalması bununla bağlıdır.
- Virus nə qədər davam edə bilər? 
- Belə viruslar təxminən 1-3 ay ərzində davam edir. Xüsusilə də bu mövsümi bir xəstəlikdir. Yəni, istilər düşən kimi bu viruslar artıq sıradan çıxır. Bu viruslar daha çox soyuq vaxtlarda tüğyan edir. Hesab edirəm ki, maksimum mart ayına qədər bu virus sovuşmalıdır.



OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...