Cəmİyyət

Ölkədə ölüm halları azalıb

Ölkədə ölüm halları azalıb

Cari ilin birinci rübündə Azərbaycanda 14 811 ölüm halı qeydə alınıb.

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.

Hesabat dövründə yeni doğulan körpələrin sayı isə 32 402 olub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.

Qeyd edək ki, ölkədə əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031