Cəmİyyət

Ölkədə bir gündə 99 cinayət qeydə alınıb

Ölkədə bir gündə 99 cinayət qeydə alınıb
Noyabr ayının 8-dən 9-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, qeydə alınana cinayətlərin 21-i "isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

 

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930