Cəmİyyət

Ölkə vətəndaşlığından çıxma ilə bağlı dəyişiklik olacaq

Ölkə vətəndaşlığından çıxma ilə bağlı dəyişiklik olacaq

Dövlət Miqrasiya Xidməti ölkə vətəndaşlığından çıxma ilə bağlı mövcud qanunvericilikdə olan məsuliyyətin azaldılması ilə bağlı təkliflər üzərində işləyir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. O qeyd edib ki, qanunvericiliyə əsasən 1 ay müddətində ölkə vətəndaşlığından çıxma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir: 

"Həmin şəxs məlumat vermədiyi halda haqqında inzibati tədbirlər görülür. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər üzərində işləyirik. Təklif məsuliyyətin azaldılması ilə bağlıdır”.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031