Cəmİyyət

Prezident İlham Əliyevdən əhali ilə bağlı sərəncam - VİDEO

Prezident İlham Əliyevdən əhali ilə bağlı sərəncam - VİDEO
 
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sfera.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi fəaliyyətinin təşkili nəzərdə tutulur. Bundan başqa, sərəncamda "DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçiriləcəyi vurğulanır.
Qeyd olunan məsələlərin həlli məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.

AdRiver
loading...

XƏBƏR LENTİ