Liviya yenidən qan gölünə döndü: 30 ölü
Dünya
16:24 / 08.04.2019
2903
Liviyanın paytaxtı Tripoli şəhərində marşal Xəlifə Həftara bağlı qüvvələr ilə Milli Razılaşma Hökumətinə bağlı ordu arasında döyüşlərdə ölülərin sayı açıqlanıb.
Təkcə dünən 21 nəfərin öldüyü diqqətə çatdırılır. Vurğulanır ki, 27 nəfər də döyüşlər zamanı həlak olublar.
Faktla bağlı Milli Razılaşma Hökumətinə tabe olan Səhiyyə Nazirliyi məlumat yayıb.