\"Liverpul\"un futbolçusu 6 həftəlik sıradan çıxıb
16:50 / 29.10.2019
3000
"Liverpul"un müdafiəçisi Joel Matipin son durumu müəyyənləşib.
Sfera.az bildirir ki, 28 yaşlı futbolçu 6 həftəlik sıradan çıxıb. Kamerunlu futbolçu dekabr ayında yaşıl meydanlara qayıdacaq.
"Mançester Yunayted"lə oyunda zədələnən futbolçu bu mövsüm 10 matçda oynayıb və 2 qol vurub.