“Liverpul” Verneri hədəfə aldı

“Liverpul” Verneri hədəfə aldı
"Liverpul” futbol klubu bu mövsüm başa çatandan sonra "Leypsiq” komandasının hücumçusu Timo Verneri öz heyətinə cəlb etmək niyyətindədir. 

Sfera.az xəbər verir ki, "Real”, "Atletiko” və "Arsenal” klubları da Vernerlə maraqlanır.

Almaniya yığmasının 22 yaşlı oyunçusunun transferi təxminən 100 milyon avro dəyərində qiymətləndirilir.

Vernerin "Leypsiq” ilə kontraktı 2020-ci ilə qədər nəzərdə tutulub, lakin klub həmin kontraktın müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzatmaq istəyir.

Bundan əvvəl "Liverpul” Almaniya klubunun yarımmüdafiəçisi Nabi Keytin "Liverpul”a keçməsi məsələsini razılaşdırıb. "Leypsiq” çempionlar liqasına keçəcəyi təqdirdə həmin əqdin məbləği 75 milyon avro olacaq.

OXŞAR XƏBƏRLƏR