Livanda Azərbaycana qarşı hazırlanan terror təşkilatları – “Bu ölkəni diqqətdə saxlamalıyıq”

Livanda Azərbaycana qarşı hazırlanan terror təşkilatları – “Bu ölkəni diqqətdə saxlamalıyıq”
"Livan prezidenti Ermənistana rəsmi səfər edib. Səfərin məqsədi iki ölkə arasında siyasi-ticari və iqtisadi əlaqləri inkişaf etdirmək, həmçinin hərbi əməkdaşlığı genişləndirməkdir. Qeyd edim ki, Livanda güclü erməni lobbisi fəaliyyət göstərir. Bundan əlavə, Türkiyə və Azərbaycana qarşı terraktlar həyata keçirən erməni ASALA və Daşnaksütyun terror təşkilatları bu ölkədən əsas baza kimi istifadə edirlər”.

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, Livanla Ermənistan arasında hərbi sahədə və terror təşkilatlarına dəstək mövzusunda əməkdaşlıq var:

"Livan Ermənistan üçün bu ölkənin terror təşkilatlarına hərbi təlimlərin keçirilməsi üçün poliqondur. Livanın Ermənistana dəstək verməsində İsrail və Azərbaycan arasında geniş əməkdaşlıq faktorunun da rolu var. Erməni lobbisi məhz rəsmi Beyrutu buna təşviq edərək, Azərbaycana qarşı yeni terror təşkilatlarının yaradılması üçün işlərin başladığı kimi mesajlar verir. Qeyd edim ki, 1990-1994 -cü illərdə Azərbaycana qarşı işğalçı müharibədə Ermənistanı dəstəkləyən əsas dövlətlərdən biri olub. Bu ölkədən gətirilən muzdlular müharibədə Azərbaycana qarşı işğalçı müharibədə iştirak ediblər”.

Məhəmməd Əsədullazadə bildirib ki, Livanla Ermənistan arasında iqtisadi münasibətlərin inkişafı üçün heç bir perspektiv yoxdur:
 
"İki ölkə xarici yardımlardan asılıdır və təbii sərvətlərə malik deyil. Buna görə də iki ölkə arasında əməkdaşlıq yalnız üçüncü ölkəyə qarşı ola biləcək terror qruplaşmalarının dirçəldilməsi istiqamətində inkişaf etdiriləcək. Hesab edirəm ki, ölkəmiz Livanın Ermənistan siyasətini diqqətdə saxlamalı və işğaldan əziyyət çəkən Livanın deestruktiv siyasətinə qarşı preventiv tədbirlər görməlidir”.


Mənsur Rəğbətoğlu

Sfera.az

OXŞAR XƏBƏRLƏR