Sağlıq

Limon ağcaqanad dişləməsindən qoruyur

Limon ağcaqanad dişləməsindən qoruyur
Limon ən çox bilinən sitrus meyvələrindən birirdir. C vitamini ilə zəngin olan bu meyvənin faydalarını saymaqla bitmir. Bəs görək gecə yatmazdan əvvəl limonu kəsib içərisinə duz tökərsək orqanizmdə nələr baş verər?

Yeniavaz.com xarici KİV-ə istinadən təqdim edir:

1. Gərginliyi aradan qaldırır
Stress, əsəb bir çox insanların tez-tez yaşadığı problemlərdən biridir. Belə olduqda isə yuxusuzluq kimi hallar baş verir. Bu zaman mütəxəssislər 1 ədəd limonu dörd yerə bölüb içərisinə duz səpərək yatağınızın yanına qoymağınızı məsləhət görür. Araşdırılmalara görə, sitrus ətri beyin dalğalarına təsir edərək əsəblərin sakitləşməsinə səbəb olur.

2. Fokuslanmaq
Əgər beyni davamlı olaraq məşğul olan, mütəmadi olaraq düşünən və yuxusuzluq problemi yaşayan birisinizsə psixoloqlar diqqətinizi müsbət yerlərə yönəltməyinizi məsləhət görür. Bunun üçün də limon ətri olduqca faydalıdır.

3.  Nəfəs problemini aradan qaldırır
Burun tıxanıqlığı kimi problemlər yaşayırsınızsa antioksidant və antibakterial olan limon ətri nəfəs yollarınızı açacaqdır.

4. Ağcaqanalardan qoruyur
Yay fəslinin gəlməsi və havaların istiləşməsi eyni zamanda ağcaqanadların da gəlməsi deməkdir. Demək olar ki, bir çox insan gecələr ağcaqanadlara görə yata bilmir və ya səhərlər bədənində onlarla ağcaqanad dişləyi ilə oyanırlar. Yatağınızın yanına qoyduğunuz duzlu limon, bu kimi halların da qarşısını alır. Ağcaqanadlar limonu ətrini sevmirlər, limon dilimləri hətta onların otağa girməsinin də qarşısını alır. Ümumiyyətlə limon bir çox həşəratların dərmanıdır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031