Sİyasət

Liderlərin “G-20” sammiti başa çatdı

Liderlərin “G-20” sammiti başa çatdı
 

Yaponiyanın Osaka şəhərində keçirilən "G-20” sammiti başa çatıb.

 

Virtualaz.org-un məlumatına görə, iki günlük sammitin nəticəsi olaraq birgə bəyannamə qəbul olunub.

 

Bəyannamədə dayanıqlı və tarazlı iqtisadi artıma, Ümumdünya Ticarət Təşkilatındakı islahatlara dəstək ifadə olunub, iqlim dəyişikliyinin fəsadları ilə bağlı tədbir görməyin zəruriliyi diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Yaponiyada təşkil olunan sammitdə ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar iştirak ediblər.

 

Qeyd edək ki, növbəti sammitlər 2020-ci ildə Səudiyyə Ərəbistanında, 2021-ci ildə İtaliyada, 2022-ci ildə isə Hindistanda keçiriləcək.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930