Sİyasət

Leyla Yunusun “erməni damarı” tutdu

Leyla Yunusun “erməni damarı” tutdu
Ötən gün Avropa Parlamentində "Ermənifobiya – tarixi və müasir təzahürü” mövzusunda konfrans keçirilib. Avropa PA-nin üzvü Eleni Teoxarus, Avropa-Erməni Federasiyası və "Tufenkyan” fondu tərəfindən təşkil edilən konfransa Ermənistandan, qondarma "DQR”-dən və dünyanın bir neçə ölkəsindən tarixçilər və politoloqlar, Türkiyədən ermənipərəst mövqeyi ilə seçilən Raqip Zarakolu, eləcə də Avropada Azərbaycan əleyhinə qərəzli fəaliyyəti ilə diqqət çəkən Leyla Yunus da qatılıb.

 

Sfera.az-ın məlumatına görə, müzakirələrdə xüsusi canfəşanlığı ilə seçilən Leyla Yunus əlinə düşmüş bu fürsətdən də Azərbaycana qarşı kin püskürmək məqsədilə istifadə edib. Çıxışında ermənipərəst mövqedə dayanması ilə mahiyyətinə uyğun ifadələr işlədən Leyla Yunus bildirib ki, guya Azərbaycanda 10 yaşlı uşaqlar erməni və xiristian düşmənçiliyi ruhunda böyüdülürlər: "Ermənifobiya Azərbaycan təhsilinin bir parçasıdır”.

 

Xatırladaq ki, bu Leyla Yunusun Azərbaycan əleyhinə ilk çıxışı deyil. Məsələn, ötən ilin yayında Çexiyanın paytaxtı Praqada keçirilən beynəlxalq tədbirdə "hüquq müdafiəçisi”nin çıxışı həmin tədbirdə iştirak edən müxalifət nümayəndələrinin belə etirazına səbəb olmuşdu.

Bütün bunlar bir daha göstərir ki, vaxtilə özünü hüquq müdafiəçisi, müxalifətçi imicində tanıtmağı bacarmış Leyla Yunus artıq öz ermənipərəst mahiyyətini gizlətmək niyyətində deyil. Ölkəni tərk etdikdən sonra onun elə bir çıxışı olmayıb ki, Azərbaycan əleyhinə köklənməsin. Onun Azərbaycan düşmənçiliyi isə yeni xəbər deyil, belə ki, həmişə rus dilində danışan Leyla Yunusa "niyə azərbaycanca danışmırsınız” sualı verilərkən mahiyyətinə uyğun olaraq belə cavab vermişdi ki, "mən ancaq söyüş söyəndə azərbaycanca danışıram”.

 

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031