Leyla Şıxlinskaya 8 milyonluq vergidən yayınmadan danışdı: \"Mənlik deyil\"

Leyla Şıxlinskaya 8 milyonluq vergidən yayınmadan danışdı: \
"Leyla Şıxlinskaya" klinikasının sahibi Leyla Şıxlinskaya barəsində külli miqdarda vergidən yayınmağa görə cinayət işinin başlanması xəbərinə münasibət bildirib.
 
Açıqlama verən L.Şıxlinskaya bildirib ki, cinayət işi ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlanılıb: "Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssəlam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.

Qeyd edək ki, bir müddət əvvəl "Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.

Xatırladaq ki, həmin klinika ilə bağlı daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Belə ki, "Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.
 
///Lent.az

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...