Leyla Əliyevanın əsərləri Parisdə nümayiş olundu

Leyla Əliyevanın əsərləri Parisdə nümayiş olundu

Fransanın Paris şəhərində, Luvr muzeyinin Karusel salonunda XX "Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi keçirilir.

Tədbirdə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli və Leyla Əliyevanın rəsm əsərləri də nümayiş etdirilir.

Sərginin açılışı münasibətilə təşkil edilmiş vernisajda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov, Paris Azərbaycan Evinin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva də iştirak edirlər.

Sərgidə rəsm əsərləri ilə yanaşı, "DABZ" ın 2017-ci il kolleksiyasından olan əl işləri də nümayiş olunur.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova bildirib ki, sərgidə tamamilə yeni üslubda yaratdığı miniatür tabloları ilə iştirak edir: "Bu tabloları Azərbaycanın ədəbiyyatının klassikləri Nizami Gəncəvinin şeirlərindən, İmadəddin Nəsiminin fəlsəfi fikirlərindən ilham alaraq, zəngin qədim adət-ənələrimizdən ruhlanaraq, doğma vətənimizə güvənərək ərsə gətirmişəm".

Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva sərgidə nümayiş etdirdiyi tabloları Azərbaycan nəğmələrini rənglər dünyasına çevirərək yaratdığını söyləyib.

"Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin direktoru, eyni zamanda yaracısı Miryam Annonay Kastanet açıqlamasında qeyd edib ki, sərgidə 5 il bundan əvvəl yalnız Məryəm Ələkbərlinin əsərləri nümayiş olunurdu: "Ancaq son illər daha bir neçə azərbaycanlı rəssamın əsərləri əfsanəvi muzeyin qalereyasında sənətsevərlərin gözünü oxşayır. Azərbaycan rəssamlarının əsərləri demək olar fransalıların qəlbini fəth edə bilib".

Qeyd edək ki, XX "Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi iyunun 11-dək davam edəcək. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...