Leyla Əliyeva və Mədət Quliyev yeni yaradılmış fondun təqdimatında - FOTO

Leyla Əliyeva və Mədət Quliyev yeni yaradılmış fondun təqdimatında - FOTO

 

Bu gün "Həyat" Fondunun təqdimatı keçirilib.

 

Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur.

 

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

"Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək.

 

"Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər.

 

Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq. 

 

Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, "Həyat" Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq.

 

Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb".

 

IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb.

 

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".

 

Tədbir digər çıxışlarla davam edib. (apa)

 

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...