Leyla Əliyeva təqdimat mərasimində

Leyla Əliyeva təqdimat mərasimində

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun "Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib. 

Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgisi ilə tanış olublar. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb.

Bəstəkarın bu gün təqdimatı keçirilən 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı” dövlətimizin başçısının dəstəyi sayəsində ərsəyə gəlib.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun "Vətən” vokal-simfonik poeması və "Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq Artisti Rauf Abdullayev idarə edib.
 








OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...