Leyla Əliyeva Emin Ağalarovun konsertində olub - FOTO

Leyla Əliyeva Emin Ağalarovun konsertində olub - FOTO
Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, "Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib.
 
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: "Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm”.

Konsertdə "Moy Azerbaydjan”, "Davay sbejim v Baku”, "Naçistatu”, "Still”, "Amor”, "Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslim Maqomayevin əfsanəvi "Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.

"Müslim Maqomayev unikal səsə sahib idi. Onun xatirəsi daim yaşayacaq. Şadam ki, mən bu gün bu mahnını sizin üçün ifa etdim”, - deyə Emin qeyd edib.
Bakılı tamaşaçılar Xalq artistinin konsertini sürəkli alqışlarla qarşılayıblar.

Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. E.Ağalarov deyib: "Konsertə gələn hər kəsə, xüsusilə də Leyla Əliyevaya məni dəstəklədiyinə görə təşəkkür edirəm. Leyla Əliyeva böyük ürəyə malik çox gözəl insandır”.





 

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...