Leyla Abdullayevadan Ermənistan XİN-ə CAVAB

Leyla Abdullayevadan Ermənistan XİN-ə CAVAB
"Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir”. 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 30 iyul tarixli açıqlamasına dair şərhində deyib. Onun sözlərinə görə, 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir:

"Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur? Niyə sərhəd məsələsinin dialoq yolu ilə həlli çağırışlarına qarşılıq vermir?! 

Cavabı bizə bəllidir, çünki Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında təmin oluna bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur”.
 

OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...