Ləğv edilmiş müəssisə maşınlarını sata bilmir

Ləğv edilmiş müəssisə maşınlarını sata bilmir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin balansında olan avtomobilləri sata bilmir.

Nazirlik ləğv etdiyi müəssisənin avtomobillərini növbəti dəfə hərraca təqdim etməyə məcbur olub. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsi nazirliyin 7 avtomobilinin özəlləşdirilməsi üçün 7 noyabr tarixində yeni hərrac təşkil edəcək.

Hərracda ləğv edilmiş Suşa Avtonəqliyyat Müəssisəsinin balansında olan yük maşınları satışa çxarılacaq. 1986-cı ilin KAMAZ-53212 markalı avtomobili 4500 manata, 1987-ci ilin MAZ-5549 avtomobili 2970 manata, 1987-ci ilin "Moskviç İJ-2715” avtomobili isə 450 manata təklif edilir. Hərracda həmçinin 3 ədəd 1987-ci il istehsalı olan KAMAZ-55111 markalı avtomobil də satılır ki, onların da ilkin start qiyməti 4680 manatdır.

Xatırladaq ki, bu avtomobillər ilk hərracda satılmadığı üçün 2-ci dəfə 10% endirimlə təqdim edilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR