Lerikdə kobud seçki pozuntusu: İqbal Məmmədovun görüşlərini icra nümayəndələri təşkil edir - FOTOFAKT

Lerikdə kobud seçki pozuntusu: İqbal Məmmədovun görüşlərini icra nümayəndələri təşkil edir - FOTOFAKT
 

78 saylı Lerik Seçki Dairəsində yaşanan seçki pozuntuları ilə bağlı AzToday.az maraqlı şəkillər əldə edib. Şəkillərdə yerli icra strukturlarının İqbal Məmmmədovun seçki təbliğatına cəlb olunduğu və görüşlərini təşkil etdiyi görünür. Məlumata görə, icra nümayəndələri əhalini zorla İqbal Məmmədovun görüşünə aparır.

Qeyd edək ki, 10 ildir deputat olan İqbal Məmmədov fəaliyyəti ilə Lerik ictimaiyyətinin nifrətinə səbəb olub. Onun yenidən deputatlığa namizəd olması rayon əhalisini hiddətləndirib. Ona görə də Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və birinci müavin Cəlil Baxşıyev icra strukturlarını İqbal Məmmədovun seçki təbliğatına cəlb edib. Bu isə kobud qanun pozuntusudur.

İqbal Məmmədovun seçki təbliğatına cəlb olunmuş yerli icra nümayəndələrinin görüntülərini təqdim edirik:

Soldan 2-ci Cəngəmiran ərazi icra nümayendesi Güleddin Şahverenov
Soldan birinci Sulduz Abdullayev, Monidigah ərazi icra nümayəndəsi
Blaband ərazi icra nümayendesi İlham Alışanovla İqbal Məmmədov
Cəngəmiran bələdiyyəsinin sədri Güleddin Şahverenov

OXŞAR XƏBƏRLƏR