\'\'Lənkəranski\'\'nin tərəfdarlarını güllə-boran edən killerlər BELƏ TUTULDU - VİDEO

\'\'Lənkəranski\'\'nin tərəfdarlarını güllə-boran edən killerlər BELƏ TUTULDU - VİDEO
Ukraynanın "Xarkov” şəhərində azərbaycanlılara məxsus "Ağdam” restoranının qarşısında "Kalaşnikov” avtomatlarından yaylım atəşi açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.


Sfera.az criminal.az-a istinadən xəbər verir ki, killerlər -26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.


Xəbərə görə, qanqsterlər kirayə mənzildə yaxalanıblar. Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.


Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər. Bu səs-küylü cinayət martın 29-da baş verib. "Kalaşnikov” avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında "Ağdam” restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan "bir qrup qafqazlıya” atəş açıblar. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.


Avtomobildə killerlərdən başqa daha iki nəfər olub.

Bir müddət əvvəl Rusiya KİV-i xəbər vermişdi ki, Z.Əzizova hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir. Briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar. Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.
 
]

OXŞAR XƏBƏRLƏR

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...