Lənkəranda “Azərişıq”ın maşını niyə yandırılıb? (Rəsmi açıqlama)

Lənkəranda “Azərişıq”ın maşını niyə yandırılıb? (Rəsmi açıqlama)
 Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, H. Aslanov küçəsində elektrik naqillərinin şəbəkədən ayrılması üçün  "Azərişıq” ASC-nin əraziyə göndərilən işçiləri ilə yerli sakinlər arasında mübahisə yaranıb. Hadisə zamanı  bir qrup şəxs quruma məxsus avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev Sfera.az açıqlamasında bildirib ki, "Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilib.

"Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına-"Qazel” markalı qaldırıcı krana od vurub. Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında "Azərişıq” ASC-nin işçilərindən heç kim olmayıb və bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil.

"Azərişıq” ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq- mühafizə orqanlarına təqdim edib”, - deyə T. Mustafayev vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...