Lənkəranda avtomobil gənc piyadanı vuraraq öldürdü

Lənkəranda avtomobil gənc piyadanı vuraraq öldürdü
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az xəbər verir ki, hadisə ötən gecə Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, "Vita” markalı avtomobil 28 yaşlı Mirhakim Mirbağır oğlu Nəcəfzadəni vurub. Sürücü baş nahiyəsindən ağır xəsarət alan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onun öldüyü məlum olub.

M.Nəcəfzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
(report)

OXŞAR XƏBƏRLƏR