Lenini yuyanlar Lent.az-a danışdı: - “Bu il 13 milyon xərclədik...”

Bu gün Vladimir İliç Leninin anadan olduğu gündür. 1870-ci ilin bu günü Simbirskdə (indiki Ulyanovsk) anadan olan Vladimir Ulyanov birmənalı olaraq tarixin təkərin dəyişən şəxslərdən olub. SSRİ boyda imperiyanın yaradıcısı olan bu şəxsə münasibət isə birmənalı olmayıb, təbii.

Lenin vur-tut 54 il yaşayıb. 21 yanvar 1924-cü ildə dünyasını dəyişən Lenin…dəfn edilməyib amma. O,  mumiyalanaraq Moskvanın Qızıl meydanında mavzoleydə saxlanılır. Lenin Mavzoleyi onun ölümündən qısa müddət sonra 1924-cü ildə açılıb. Əslində onun məzarına ilk vaxtlar giriş məhdudiyyəti olub. Amma çox keçmir ki,  arxitektor Şusevin layihəsi əsasında yeni mavzoley ucaldılır. Onun tikintisi isə tam olaraq 1930-cu ildə başa çatır.

Müəyyən illərdə Leninin cəsədi mavzoleydən çıxarılıb. Böyük Vətən müharibəsi dövründə onun cəsədi Sibirə aparılmışdı. Bundan başqa, zaman-zaman Leninin cəsədini zədələmək də istəyiblər. Məsələn, Nikitski adlı kolxozçu Leninin cənazəsinə atəş açmaq istəsə də, cəhd uğursuz olub. Ən qəribə hadisə isə 1960-cı ildə baş verib. Qırğızıstandan gələn Minibayev mavzoleyə girərək sarkofaqı təpikləyib. Şüşə qırıntıları Leninin cəsədinin üstünə tökülüb Bu hadisədən sonra mavzoley bir aylığa bağlanıb.

Amma Lenin mavzoleyi başqa səbəbə görə də hər il bağlanır.

Söhbət ondan gedir ki, cəsəd hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və balzamlanır. Bu proses isə nə az, nə çox,  düz 1 ay çəkir. Bu müddət ərzində Leninin əyni də dəyişdirilir, təzə kostyum, qalstuk geyindirilir. Cəsədin üzərində isə Ümumrusiya dərman və aromatik bitkilər institutunun mütəxəssislərindən ibarət  qrup işləyir.

Lent.az-ın əməkdaşı adıgedən İnstitutla əlaqə saxlayıb. İnstitutun direktor köməkçisi Vera Draqunovanın Lent.az-ın əməkdaşına bildirdiyinə görə, bu proses mütəmadi olaraq keçirilir. "Elə bu il də cəsədin yuyulub balzamlamasına 13 milyon rubl (təxminən 200 min dollar – S.M.) ayrılıb. Bu məbləğ ildən ilə fərqli ola bilər. Bu proses, xüsusən də balzamlama, böyük vəsait tələb edir. Hansı dərmanlardan istifadə edilməsinə gəldikdə isə bu, sirdir. Başqa sualınız varsa, elektron ünvana göndərib, bir neçə gün ərzində cavab ala bilərsiniz” - deyə, xanım Draqunova bildirib.

Amma "bir neçə gün” gecdir. Çünki bu gün Leninin ad günüdür.

  •  

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...