Ölən şəxsə çağırış vəsiqəsi göndərildi - VİDEO

Ölən şəxsə çağırış vəsiqəsi göndərildi - VİDEO
Şamaxı rayonun Avaxıl kəndində 8 il əvvəl dünyasını dəyişmiş şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırış gəlib. Həmin şəxsin yaxınları çaş-baş qalıb.
Lent.az xezerxeber-ə istinadla xəbər verir  ki, ölmüş şəxsə tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib.
Şamaxı rayonunun Avaxıl kəndində yaşamış və 2011-ci ildə dunyasını dəyişmiş İbrahimov Rauf Ötərxan oğlunun adına təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Raufun böyük qardaşı Nüsrət İbrahimov deyir ki, onun balaca qardaşı 8 il əvvəl 24 yaşında xəstəlikdən dunyasını dəyişib.
Nüsrət bu hadisənin onların ailəsində pis təəssürat yaratdığını bildirib. O, belə səhvlərin təkrarlanmamasını tələb edir.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsindən bildirilib ki, hərbi vəzifəli və çağırışçıların ad-soyadlarında, vətəndaşlıq vəziyyətlərində, eləcə də ölümü hallarında onlara 7 gün müddətində məlumat verilməlidir. Lakin onlara belə bir sənəd təqdim olunmadığına görə Şamaxı rayonun Avaxıl kəndində yaşamış Rauf İsgəndərova ölümündən sonra təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Yerli icra orqanlarının verdiyi məlumata görə isə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı RayonŞöbəsinə Rauf İsgəndərovun ölümü haqqında şəhadatnaməsi təqdim olunub.
 



OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...