Maqazİn

Ledi Qaqa fanatının qucağından yerə yıxıldı - VİDEO

Ledi Qaqa fanatının qucağından yerə yıxıldı - VİDEO

Dünya şöhrətli müğənni Ledi Qaqanın səhnədə fanatı ilə göstərdiyi şou başına bəla olub.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, sənətçinin Las-Veqasda baş tutan konsertində pərəstişkarı Qaqanı qucağını alıb.

O isə fanatının ayaqlarından yapışıb. Kişi pərəstişkarı müvazinətini itirdiyindən, onu qucağında saxlaya bilməyib. Nəticədə, onlar birlikdə səhnədə yerə yıxılıblar.

Baş verən kuryoz hadisədən sonra Ledi Qaqa heç nə olmamış kimi ayağa qalxaraq, ifasını davam etdirib. Sürətlə sosial şəbəkədə yayılan görüntülər izləyicilər tərəfindən müzakirə predmetinə çevrilib.

Qeyd edək ki, bu, pop ulduzun səhnədə  yıxıldığı ilk hadisə deyil. Belə ki, ulduz konsertlərin birində təhlükəli anlarla üz-üzə qalıb. Lakin rəqqasların vaxtında yardımı onu ciddi xəsarətlərdən qoruyub.


 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930