Öldürülən rus səfir kimdir? – DOSYE

Öldürülən rus səfir kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edilib.

Səfir Ankarada mədəniyyət mərkəzində iştirak etdiyi rəsm sərgisinin açılışı zamanı güllələnib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, diplomatın həyatını xilas etmək mümkün olmayıb.
Sfera.az qətlə yetirilən səfirin tərcümeyi-halını təqdim edir:
Andrey Karlov 4 fevral 1954-ci ildə Moskvada anadan olub. 1976-ci ildə SSRİ XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 1992-ci ildə isə Rusiya XİN-in Diplomatik akademiyasını bitirib.
Koreya və ingilis dillərində sərbəst danışan Karlov 1976-ci ildən diplomatik fəaliyyətə başlayıb.
1976-2008-ci illərdə XİN-in Mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə işləyib.
2001-2006-cı illərdə Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri olub.
2007-2009-ci illərdə Rusiya XİN-in Konsulluq departamentinin direktor müavini, daha sonra həmin departamentin direktoru olub.
2013-ci ilin iyulun 12-dən Rusiya Federasiyasının Türkiyə Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub. (Azvision.az)

OXŞAR XƏBƏRLƏR