\"Lazım olsa müharibəyə başlayacayıq\" – Ermənistan müdafiə nazirindən müharibə anonsu

\
Ermənistan silah aldığı zaman kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək. Bunu Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib. 

Nazirin sözlərinə görə, Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə oluna bilməz. Məhz buna görə Ermənistan keyfiyyətə önəm verəcək. 

Tonoyan əlavə edib ki, Ermənistan hücum silahları almağa davam edir. İndi çox şey dəyişir – psixologiya, müdafiə siyasətini qurmağa dair yanaşmalar.

O vurğulayıb ki, təcrübəyə əsasən, daima müdafiədə olan ordular son nəticədə məğlub olur: "Biz müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi əməliyyatların bərpasından gedirsə, onda biz ləngiməyəcəyik".

"Ermənistan ordusu hücum edəcəkmi?" sualına cavab olaraq nazir cavab verib: "Niyə də yox!".

Tonoyan, həmçinin əlavə edib ki, rəsmi Yerevan silah almaq üçün Rusiyadan 100 milyon dollar dəyərində yeni kredit götürməyə hazırlaşır. Bu silahlar silahlanma yarışına girmədən (Azərbaycanla –red.) qoyulmuş hədəfləri yerinə yetirməyə imkan verir. Hansı silahların alınması isə hələlik hərbi sirdir.sputnik


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...