Lavrov: “Təkliflərimiz qəbul edilsəydi, Qarabağ çoxdan...\"

Lavrov: “Təkliflərimiz qəbul edilsəydi, Qarabağ çoxdan...\

Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib. O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur: "Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”.

Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: "Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.

S. Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: "Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.

Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: "Ukrayna böhranı isə heç baş verməzdi”. (apa)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...