Latviyalı cüdoçu koronavirusa görə olimpiadada iştirak etməyəcək

Latviyalı cüdoçu koronavirusa görə olimpiadada iştirak etməyəcək
Latviyalı cüdoçu Yevgeni Borodavko (100 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Sfera.az yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna 35 yaşlı idmançının koronavirusa yoluxması səbəb olub.

Ötən gün Tokioya səfər öncəsi analiz nəticəsi müsbət çıxan cüdoçu olimpiadaya gələ bilməyib. O, təsnifat mərhələsində macarıstanlı Mikloş Tsiryeniçlə qarşılaşmalı idi.

Qeyd edək ki, Borodavko daha əvvəl 2008 və 2012-ci ildə keçirilən olimpiadaların iştirakçısı olub.


OXŞAR XƏBƏRLƏR