“Laçın” tankeri suya buraxıldı

“Laçın” tankeri suya buraxıldı
 
Azərbaycanda inşa edilən ilk tanker bu gün Xəzər dənizinə buraxılıb. Neft daşınması üçün nəzərdə tutulan tanker ''Bakı Gəmiqayırma'' zavodunda inşa edilib.

Növbəti iki il ərzində daha iki belə tankerin də inşası üçün müqavilə imzalanıb.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, 1300 nəfərlik heyətlə, 860 min saatlıq gərgin iş nəticəsində ərsəyə gələn Azərbaycan istehsalı ilk tanker bu gün təntənəli mərasimlə Xəzər dənizinə buraxılıb.

11 nəfərlik heyətlə idarə ediləcək bu tankerin hündürlüyü 6 metrdir, hər biri 9190 kubmetr olan 6 yük tankına malikdir.

Gəminin suya endirilməsi mərhələsində iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev bu tankerin neftin daşınmasında böyük rol oynayacağını bildirib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Cəhmdar Cəmıyyətinin sədri Rauf Vəliyev isə hazırda 'Laçın'' tankerindən əlavə, "Bakı Gəmiqayırma" zavodunda daha 3 gəminin inşa edildiyini və donanmanın daha da genişləndiriləcəyini bildirib.

Bu gün həm də ''Xəzər Dəniz Gəmiçiliyi'' ilə ''Bakı Gəmiqayırma'' zavodu arasında 2021-ci ilə qədər eyni tipli daha iki tankerin inşa edilməsi ilə bağlı müqavilə də imzlanıb.
 


OXŞAR XƏBƏRLƏR