Laçın dəhlizi silah marşrutuna dönüb - Moskva yenə \"görmür\"

Laçın dəhlizi silah marşrutuna dönüb - Moskva yenə \
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağdan avtomatlar və digər silahların qaçaq yolla ölkəyə gətirlməsi ilə məşğul olan şəbəkəni aşkarlayıb.

Erməni MTX-nın yaydığı açıqlamada bildirilir ki, şəbəkəni İrəvan sakini S.B. təşkil edlibmiş.

Sentyabrın 27-də İkinci Qarabağ Savaşı başalyandan sonra o, könüllü qismində döyüşə yollanıb. Qarabağda olarkən S.B. bir neçə ermənistanlı hərbçi və yerli qarabağlı silahlılarla sövdələşərək "Kalaşnikov" avtomatları alıb, silahları İrəvandakı mənzilinə daşıyıb və yığıb.

Noyabrın əvvəllərində o, "Kalaşnikov" avtomatlarının hər birini 500-600 dollardan satmaq niyyətində idi.

Aparılan axtarışlar zamanı Ermənistanın Sünik (Zəngəzur) vilayətindəki Tex kəndində yerləşən anbarlardan birində sonradan İrəvana aparılaraq satılmaq üçün gizlədilmiş silah və sursat aşkarlanıb.

Ümumiyyətlə, 43 "Kalaşnikov" avtomatı, 7,62 mm çaplı 283 patron, 5,45 çaplı patronların olduğu 23 qutu, optik nişangahlar, bir əl qumbarası, süngü-bıçaqlar və s. aşkarlanıb.

Beləliklə, son iki ayda Ermənistanda Qarabağdan daşınaraq ölkədə satılmaq üçün nəzərdə tutulan artıq 6-cı "gizli anbar" üzə çıxır.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağdan ölkəyə silah və sursatın daşınmasının qarşısını almağa çalışdığını, bu sahədə "effektik çalışdığını" göstərməyə çalışır. Lakin ermənilərin sosial şəbəkələrədə yazdıqlarına görə, aşkarlanan silahlar və tutulan şəxslər dəryada damla misalıdır.

Hazırda Ermənistanın istənilən yaşayış məntəqəsində asanlıqla tapança, tüfəng, avtomat, əl qumbarası, patronlar əldə etmək olar.

Məsələn, İrəvanın "qara bazar"larında "Kalaşnikov" avtomatı buraxılış ilindən və modelindən asılı olaraq 300-600 dollara, əl qumbarası 30 dollara, 1 patron isə 0,25 dollara satılır.

Ermənistanın əyalətlərində və bölgələrində də eyni vəziyyətdir.
Qarabağdan Ermənistana az qala hər gün qaçaq yollarla silah və sursat daşınır.

Daşımalar Qarabağın hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazisini Ermənistanla birləşdirən Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Həmin istiqamətdə rusiyalıların 4 postu olsa da, onlar nədərsə bu silah axınını "görmürlər".

Ermənistandan Qarabağa isə hərbçilər göndərilir və onlar rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə yerləşirlər.

Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının rəhbərliyi, Rusiyanın xarici işlər və müdafiə nazirlikləri bunu israrla təkzib etsələr də, reallıq tam tərsini göstərir.

İrəvanda, Görusda, Tavuşda, Masisdə, Vanadzorda, Gümrüdə valideynlərin Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin və çağırış məntəqələrinin qarşısına yığışaraq etiraz aksiyaları keçirmələri, "Övladlarımızın Qarabağa göndərilməsinə imkan verməyəcəyik!" qışqırmaları bariz göstərir ki, Ermənistandan Xankəndinə hələ də hərbçilər aparılır.

Laçın dəhlizi vasitəsilə.

Rusiyalı sülhməramlıların nəzarətindəki nəqliyyat marşrutu ilə...
 
(milli.az)

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...