ÇL: 1/4 final mərhələsinin son 2 iştirakçısı Münhen və Barselonada müəyyənləşəcək

ÇL: 1/4 final mərhələsinin son 2 iştirakçısı Münhen və Barselonada müəyyənləşəcək

Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç Münhen və Barselonada keçiriləcək.


 

İlk qarşılaşmada qolsuz heç-heçə edən "Barselona” və "Lion” "Nou Kamp”da üz-üzə gələcək. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala adlamaq üçün qalib gəlməlidirlər.

 

 

Fransa təmsilçisinə isə qollu heç-heçə də qane edir. Rafinyanın zədəli olması, Usman Dembele və Tomas Vermalenin oynayıb-oynamamasının dəqiqləşməməsi də meydan sahiblərinin şanslarına ciddi təsir etmir. Amin Qourinin xidmətindən məhrum qonaqların digər oyunçusu Marselonun durumuna da sabah aydınlıq gələcək.


 

Günün daha çox maraq kəsb edən matçında "Bavariya” "Liverpul”u qəbul edəcək. Səfərdə qolsuz heç-heçə edən Almaniya klubu Bundesliqada liderliyə yüksəlməklə yaxşı formada olduğunu nümayiş etdirib. Lakin Coşua Kimmixlə Tomas Müllerin cəza, Aryen Robbenlə Korentin Tolissonun zədədən əziyyət çəkməsi münhenlilərin əleyhinədir. Komanın zədədən sonrakı durumu isə hələlik qeyri-müəyyəndir.


 

Premyer Liqada liderliyi əldən verən "Liverpul”un mövsümün ikinci yarısında əvvəlki kimi əzəmətli görünməməsi heç kimə sirr deyil. Üstəlik, Co Qomes və Aleks Oksleyd-Çemberlen də zədə səbəbindən sabahkı görüşü buraxacaq.

 

 

 

Çempionlar Liqası

1/8 final

Cavab oyunları

13 mart

00:00. "Barselona” (İspaniya) – "Lion” (Fransa)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Barselona. "Nou Kamp” stadionu

İlk oyun – 0:0

00:00. "Bavariya” (Almaniya) – "Liverpul” (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Münhen. "Alyans Arena”

İlk oyun – 0:0


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...