“Kürdlər İŞİD-ə qarşı döyüşmək istəmir” – ƏRDOĞANIN MÜŞAVİRİ \"ƏL-CƏZİRƏ\" ÜÇÜN YAZDI

“Kürdlər İŞİD-ə qarşı döyüşmək istəmir” – ƏRDOĞANIN MÜŞAVİRİ \
Fahrettin Altun,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kommunikasiya müşaviri

 "Əl-Cəzirə”, 23.01.2019


Suriyada vətəndaş müharibəsi Türkiyənin ABŞ-la əlaqələrində ən başlıcası fikir ayrılığı olub. Ta Obamanın vaxtından. O da 2015-ci ildə İŞİD-ə qarşı mübarizədə YPG-yə güvənirdi.

Obamanın Suriyadakı İŞİD təhdidi ilə məşğul olma yanaşması üç səbəbə görə Türkiyə üçün narahatlıq qaynağı olub.

Birincisi, YPG 1980-ci illərdən bəri ən azı 40 min nəfərin ölümünə bais olan, Türkiyədə qanlı müharibə aparan silahlı Kürd Fəhlə Partiyasının (PKK) Suriya tərəfdaşıdır. Vaşinqtonun Türkiyə üçün birbaşa təhlükə yaradan bir qrupun təlim və silahlandırılması NATO ittifaqının təhlükəsizlik problemləri ilə maraqlanmadığını isbatlayır.

İkincisi, YPG kimi terror qrupunun dəstəklənməsi ilə ABŞ, istər-istəməz, Yaxın Şərqdə "Azad Suriya Ordusu” kimi qanuni oyunçular və bölgədəki qanunsuz döyüşçülər arasında sərhədi silib.

Nəhayət, ABŞ planı strateji cəhətdən yanlışdır. Heç bir halda Vaşinqton YPG-nin sədaqətinə əmin ola bilməz, çünki bu qrup açıq-aşkar solçu, sosialist ideologiyaya aiddir.

Buna görə də, prezident Donald Trampın Suriyadakı Amerika qoşunlarını geri çəkməsi və YPG ilə ölkəsinin tərəfdaşlığını sona çatdırma qərarı Türkiyə üçün xoş bir inkişafdır.

Ancaq bəzi tənqidçilər Tramp administrasiyasını böyük səhv və Amerikanın Suriya teatrında uğurlardan imtina etməsi iddiasındadırlar.

 

Üç ümumi yanlış fikir

Trampın Suriyanı tərk etmək qərarının ən çox tənqidi üç ümumi səhvə əsaslanır.

Birincisi, YPG həmişə şimal-şərqi Suriyada güc sahibi olmayıb, bu yalandır. Əslində, qrup Suriya vətəndaş müharibəsinin erkən mərhələlərində hakimiyyəti ələ keçirib və Vaşinqtonun fövqəladə hərbi dəstəyi sayəsində ərazinin böyük hissəsini idarə etməyə başlaıb.

İkincisi, ABŞ-ın çəkilməsindən sonra Türkiyənin "kürdləri öldürmək” niyyətində olması səhvdir. Əslində, bir çox Suriya kürdü Türkiyəni təhlükəsiz sığınacaq sayır və orada öz ölkələrində fəaliyyət göstərən düşmən qruplardan qorunur.

İŞİD Suriya və İraqda girdikdə, Türkiyə on minlərlə kürd, xristian və ezidi qaçqına qucaq açıb. Bu gün qaçqınların əksəriyyəti hələ də kəndlərinə qayıtmaq istəmir, YPG qüvvələrinin onları hədəfə ala biləcəyindən qorxurlar.

Üçüncüsü, Trampın Suriyadan çəkilmək və İŞİD-in yenidən canlanmasının qarşısının alınması məsuliyyətini Türkiyəyə həvalə etməsinin bir çox tənqidçiləri səhvən Ankaranı "təcavüzkar” kimi təsvir edirlər. Əksinə, Türk planı terrorçular, müharibə şəraitində PKK-nın Suriyalı filialına qoşulanlar və mülayim döyüşçülər, habelə yerli sakinlər arasında aydın bir fərq qoyur. Suriyadakı yeganə məqsədimiz İŞİD radikalizminin kök səbəblərini həll etməkdir; müharibənin yaralarını sağaltmaq, sosial infrastrukturun qurulması və genişləndirilməsi ilə türk vətəndaşlarına qarşı hücumların qarşısını almaqdır.


ABŞ-ın maraqlarını deyil, keçmiş səhvləri müdafiə etmək

Bu üç yanlışlıqdan başqa, ABŞ-ın keçmiş rəsmiləri, o cümlədn İŞİD-ə qarşı təşkil edilən Qlobal Koalisiyanın ABŞ-lı nümayəndəsi Brett MakQurk, Tramp administrasiyasının Suriya siyasətini və qərarlarını tənqid edib. ABŞ-ın maraqlarını müdafiə etmək deyil, köhnə səhvlərini dəstələmək üçün.

Trampın Suriyadan çəkilmə qərarına etiraz olaraq vəzifəsindən istefa verən MakQurk YPG-nin də daxil olduğu "Suriya Demokratik Qüvvələri”nin "bir zamanlar şimal-şərqi Suriyada İŞİD-in nəzarətində olan sahələrdə sabitliyin təmin etdiyini” iddia edib. Bununla birlikdə, bölgədəki son inkişaflar milyardlarla ABŞ yardımı almasına baxmayaraq, YPG-nin İŞİD təhdidinin qarşısını ala bilmədiyini isbatlayıb.

Ötən həftə MakQurk da daxil olmaqla, ABŞ-ın rəsmi şəxsləri tərəfindən təkrarlanan öhdəliklərinə baxmayaraq, YPG-nin mövcud olduğu Suriyanın şimalındakı Mənbic şəhərində İŞİD-in intihar hücumunda iki əsgər, bir pentaqonlu mülki və bir podratçı – dörd amerikalı vətəndaş həlak olub.

Bazar ertəsi günü ABŞ hərbi qulluqçusu YPG qalası olan Hasakə əyalətində bir bomba yüklü avtomobilin partladılmasından güclə ölümdən qurtlub. ABŞ qoşunlarına edilən hücumların sayının bir anda artması YPG-nin Suriyanın şimal-şərqdə İŞİD əleyhinə əməliyyatları dayandırması və ya döyüşməyə istəksiz olduğunu göstərir.

Suriyadakı vəziyyəti yumşaltmaq üçün ABŞ-ın bir sıra addımları var: Türkiyə ilə Mənbicə dair "yol xəritəsi”ni gecikmədən həyata keçirmək, Türkiyə hərbi rəhbərliyi ilə ABŞ qüvvələrinin geri çəkilməsini əlaqələndirmək və Türkiyənin terrorla mübarizə sahələrini yenidən bərpa etmək və onun səylərini dəstəkləmək.Tərcümə: Strateq.az

OXŞAR XƏBƏRLƏR