Kürdəmirdə keçmiş deputatın namizəd oğlundan narazılıq artır – Rəşad Qəribov seçiciləri necə şirnikləndirir? - FOTO

Kürdəmirdə keçmiş deputatın namizəd oğlundan narazılıq artır – Rəşad Qəribov seçiciləri necə şirnikləndirir? - FOTO

57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Qəribov apardığı seçki kampaniyası ilə Kürdəmir seçicilərini hiddətləndirib.

 
 

9 fevral növbədənkənar parlament seçkilərinin "yağışdan sonrakı göbələk” kimi ortaya çıxardığı namizədlər sırasında birmənalı neqativ reputasiyaya malik xeyli iddialı var.

Şübhəli fəaliyyətləri sayəsində maddi zənginlik əldə edən, bununla da millət vəkili statusuna haqq etdiyini düşünən həmin kateqoriyaya aid deputatlığa namizədlər seçiciləri şirnikləndirməklə bu niyyətlərini gerçəkləşdirəcəklərinə inanırlar.

//cdn.yenicag.az/files/uploads/2020/01/84182054_1034141580284586_670729426115231744_n-300x200.png 300w, //cdn.yenicag.az/files/uploads/2020/01/84182054_1034141580284586_670729426115231744_n-1536x1023.png 1536w" sizes="(max-width: 1928px) 100vw, 1928px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 1px; border-style: solid; border-color: rgb(230, 230, 230); display: block; margin: 5px auto; max-width: 100%; height: auto; padding: 5px; width: 450px !important;" />

Həmin namizədlər arasında xüsusi seçilənlərdən biri də 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Qəribovdur. Bəli, qeyd olunan dairədən 2005 və 2010-cu illərdə deputat "seçilən” "Debütbank”ın sahibi Fərhad Qəribovun oğlu Rəşad. Görünür, o, özünü atasının "dairə”sindən millət vəkilliyinə "hazır varis” sayır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmin dairədən irəli sürdüyü namizədin statistik olduğunu nəzərə alsaq, Qəribovların bu "varis planı”na ciddi girişdiklərini söyləmək olar. Ancaq belə məsələlər kimlərinsə istəyi ilə həll olunmur. Seçkilərin qərarverici tərəfi seçicilərdir. Onların rəğbət-etimadını qazanmadan seçilmək mümkün deyil.

Elə Rəşad Qəribov da bu amili nəzərə alaraq, atasının fəaliyyətsizliyindən yanıqlı olan seçicilərin fikrini dəyişdirmək üçün hərəkətə keçib. Yox, elə fikirləşməyin ki, Qəribov seçicilərin hansısa problemini həll etmək niyyətindədir. Qətiyyən belə deyil. O, problemləri başdan aşan kürdəmirlilərin rəğbətini çal-çağırla qazanmaq istəyir. Bu məqsədlə də ölkənin bəzi şou nümayəndələrini Kürdəmirə toplayaraq, yanvarın 27-də konsert verməyə hazırlaşır.

//cdn.yenicag.az/files/uploads/2020/01/82809127_2948564411862858_8120617412417552384_n-200x300.jpg 200w" sizes="(max-width: 480px) 100vw, 480px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 1px; border-style: solid; border-color: rgb(230, 230, 230); display: block; margin: 5px auto; max-width: 100%; height: auto; padding: 5px; width: 450px !important;" />

Deputatlığa namizədin bu davranışı seçicilərin Qəribovlara yönəlik hidddətini daha da artırıb. Kürdəmirlilər, "Problemlərin içində boğuluruq, bu isə artist gətirib bizi ələ salır”, – deyə qəzəblərini gizləmirlər. Yəni kürdəmirlilərin çal-çağır həvəskarı olan deputatlığa namizəd Rəşad Qəribova münasibəti ortadadır.

Qeyd edək ki, atasının qurduğu biznesin idarəçilərindən biri olan Rəşad Qəribov artıq neqativ planda bir neçə dəfə gündəmə gəlməyi bacarıb. İlk dəfə 14 milyon manatlıq dələduzluq məsələsinə görə diqqət mərkəzinə düşən Rəşad daha sonra daha ağır ittihamla – vergidən yayınmaqda suçlanıb. Hətta Vergilər Nazirliyinin təqdimatı əsasında Rəşad barəsində cinayət işi də açılıb.

Hə, onun "varis”i olmağa iddia etdiyi atası Fərhad Qəribovun işləkləri isə hələ də müzakirə olunmaqdadır. "Debütbank”ın sahibi Fərhad Qəribovun bir neçə il əvvəl Tiflisdə kazinoda 270 min dollar uduzması indiyə kimi tez-tez xatırlanır. Kim deyə bilər ki, "uğursuz qumarbaz”ın bu şakəri deputatlığa namizəd etdiyi oğluna da keçməyib?

O halda, Rəşad Qəribovun deputat mandatını Tiflis kazinolarından birində girov qoyduğuna dair xəbərə heç kəs təəccüblənməyəcək…

//cdn.yenicag.az/files/uploads/2020/01/82981753_178245320211890_9011335926722330624_n-290x300.jpg 290w" sizes="(max-width: 928px) 100vw, 928px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 1px; border-style: solid; border-color: rgb(230, 230, 230); display: block; margin: 5px auto; max-width: 100%; height: auto; padding: 5px; width: 450px !important;" />



OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...