Maraqlı

Kürdəmirdə ilk dəfə banan yetişdirdilər - VİDEO

Kürdəmirdə ilk dəfə banan yetişdirdilər - VİDEO

Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.

Sfera.az  "Report"a istinadən xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib. 

Təsərrüfat sahibi "Report"un yerli bürosuna bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: "Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam.

Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım.

Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər".

Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.




XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031