Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayrıldı

Kürdəmirdə  “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev "Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında” sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü BİLDİRDİ

  Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera....

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...