Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib
17:19 / 30.07.2021
839
Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır. // "Report"