Kürdə batan gəncin meyiti tapıldı

Kürdə batan gəncin meyiti tapıldı

Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində batan 1991-ci il təvəllüdlü Maqsudzadə Nəsib Maarif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, N.Maqsudzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR