Kürd referendumuna Bakıdan reaksiya - Rəsmi

Kürd referendumuna Bakıdan reaksiya - Rəsmi

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Kürdüstan regional vilayətində keçirilən referenduma münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sfera.az-a bildirib ki, Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.

Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR