Külli miqdarda siqaret müsadirə edildi

Külli miqdarda siqaret müsadirə edildi
 
Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında,Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
 
Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA-a verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycanın aksiz markası ilə markalanmayan 16 min ədəd "Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR