Küləyin sürəti saniyədə 40 metrə çatacaq - PROQNOZ

Küləyin sürəti saniyədə 40 metrə çatacaq - PROQNOZ
Yanvar 17-də Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevadeyib.

Onun sözlərinə görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq Xəzər dənizinin akvatoriyasında şiddətli şimal küləyi əsəcək:

 

"Küləyin maksimal sürətinin saniyədə 35-40 metrə qədər olması proqnozlaşdırılır. Dənizdə dalğanın hündürlüyü 6-8 metr və daha çox ola bilər. Bu da ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Bununla bağlı bütün əlaqədar təşkilatlara, qurumlara xəbərdarlıq göndərilib.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb. Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı müvafiq təşkilatlara tövsiyə verilib”.

Umayra Tağıyeva  bildirib ki, şiddətli külək Bakıda və Abşeron yarımadasında da gözlənilir:

"Havanın maksimal sürəti saniyədə 35-38 metrə kimi şiddətlənəcək. Buna görə yaşlıları və azyaşlı uşaqları nəzarətsiz qoymaq olmaz. Kəskin hava şəraiti ölkə ərazisində qarla müşahidə olunacaq. Yanvar ayının 16-dan 17-nə keçən gecə Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə bölgəsində bu proses başlayacaq.

Digər rayonlarda da kəskin hava şəraiti müşahidə olunacaq. Dağlıq və dağətəyi rayonlarda qarın intensiv yağması proqnozlaşdırılır. Gözlənilən qarlı hava şəraiti ilə bağlı respublikanın dağlıq və dağətəyi rayonlarında yollar buz bağlayacaq”.

"Respublikanın aran rayonlarında sulu qar, daha sonra qarın yağma ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, yanvarın 17-də havanın temperaturu beş dərəcəyə yaxın olsa da, gündüz saatlarında maksimal temperatur müsbət 1-2 dərəcədən yüksək olmayacaq.

Biz açıqlamamızda da bildirmişik ki, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də yağıntılı hava şəraiti gözlənir. Yağıntının sulu qara və arabir qara keçməsi ehtimalı var. Daha çox sulu qar müşahidə olunacaq”, - deyə direktor qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...