Cəmİyyət

Küləkli hava nə vaxtadək davam edəcək? - VİDEO

Küləkli hava nə vaxtadək davam edəcək? - VİDEO

İyulun 27-dən etibarən Bakıda küləyin sürəti azalacaq.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 25-i və 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək:

"Havanın temperaturu gündüz saatlarında 29-33 dərəcə isti təşkil edəcək”.

Nazirlik rəsmisi deyib ki, iyulun 27-28-də paytaxtda hava şəraitinin sabit və gün ərzində yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu gündüz saatlarında 31-35 dərəcə arasında dəyişəcək.

Qeyd edək ki, son vaxtlar ölkə ərazisində davamlı olaraq küləkli hava şəraiti müşahidə edilir. Arabir güclənən külək bir sıra fəadlara da yol açır.


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031