“Kül başınıza, arvad sizdən...” - Meyxanaçı Samirə
17:14 / 15.10.2019
2143
Meyxanaçı Samirə Yusifqızı "Üçəlli” verilişinin qonağı olub.
Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, S.Yusifqızı meyxana aləmində tanınmasından danışıb.
O, Ağasəlim Çıldağın ona verdiyi dəyərdən sonra sənətdə meyxanaçı kimi tanındığını deyib:
"1994-cü ildə Ağasəlim Çıldağla Maştağada mağar toyunda idik. Kərim, Ağamirzə, Vüqar da orda idi. Onlar meyxana deyirdilər, mən də arxada müğənni kimi oturmuşdum. Özümü saxlaya bilmədim, mikrafonu götürüb bir "kuplet” dedim. Bir dəfə də Şüvəlanda toyda idik. Qəfildən rəhmətlik Ağasəlim 180 dərəcə arxaya döndü, gözləmir. Mikrafonu götürüb dedi ki, kül başınıza, arvad sizdən yaxşı deyir meyxananı".
Həmin görüntüləri təqdim edirik: