Küçə sənətçilərinə şad xəbər

Küçə sənətçilərinə şad xəbər

 

 

Azərbaycanda küçə sənətçiləri vergidən azad olacaqlar.

Oxu.Az xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən "Küçə sənətçiləri” layihəsinin təqdimatında deyib.

O bildirib ki, küçə sənətçiləri vergiyə cəlb olunmayacaq:

"Onlar üçün şəhərin müəyyən istiqamətlərində şərait yaradılsa da, buna görə vergi ödəməyəcəklər. Çünki turistlər və ya hər hansı şəxs sənətçiyə verdiyi pulun məbləğini özü qərarlaşdırır. Ümumiyyətlə, turistlərin onlara verdiyi pul bəxşiş hesab edilir. Bir sözlə, küçə sənətçiləri vergidən azaddır”.

R.Bağırov onu da qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turistlərin diqqətini çəkmək məqsədilə bir sıra layihələr gerçəkləşdiriləcək:

"Bütün dünyada küçə sənətçiləri arasında kastinq keçirilir. Aərbaycanda da bu istiqamətdə yeni layihənin icrasına başlayırıq. Xüsusilə paytaxtın üç istiqamətində - İçərişəhər, Nizami küçəsi və Dənizkənarı Milli Parkda küçə sənətçilərinin fəaliyyətinə imkan yaradılacaq.

Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanların ayrılması planlaşdırılır. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmur”.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...